Bakıda gecə ağır qəza – ölənlər var – FOTO
09
avq
2018
10:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb.BAKU.WS "report"a istinadən xəbər verir ki, 26 yaşlı Muradov Kamran Sabir oğlu Balaxanı qəsəbəsi ərazisində idarə etdiyi "Tofaş" markalı avtomobillə divara çırpılıb.Nəticədə avtomobil deformasiyaya uğrayıb.Avtomobildə olan sərnişin 30 yaşlı Ziya Dövlətov və sürücü K.Muradov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda onlar dünyasını dəyişib.Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.Faktla bağlı cinayət işi başlanılıb.BAKU.WS







Oxşar xəbərlər
Aeroport yolunda gənc qızı avtomobil vuraraq öldürüb
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nə...