Bakıda DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi qəzaya düşdü

24
apr
2017
10:05
Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.
"Report”un xəbərinə görə, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin "Hundai” markalı xidməti avtomobili "Mercedes” markalı maşınla toqquşub.
Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.
Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtobus qəzaya düşdü, 5 nəfər yaralandı
Bakıda sərnişin avtobusu qəzaya düşüb. "Report”un xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb. Məlumata...
