Bakıda dəhşətli ailə dramı – Kişi qayınanasını öldürdü, arvadını komaya saldı
30
avq
2018
13:15
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər sakininin arvadını və qayınanasını bıçaqlaması barədə məlumat yayıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, avqustun 29-da Bakı şəhər sakini Fəxmidə İsgəndərovanın Nərimanov rayonu ərazisindəki evinin həyətində paytaxt sakini olan qohumu Cəsarət İsgəndərov münaqişə zəminində arvadı Leylaya və F.İsgəndərovaya bıçaqla xəsarət yetirib.Xəstəxanaya yerləşdirilmiş Fəxmidə orada ölüb, Leylanın vəziyyəti isə ağırdır.Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.İsgəndərov saxlanılılıb.Qeyd edək ki, cütlüyün birgə nikahdan 3 aylıq qız övladı var.BAKU.WS
Oxşar xəbərlər
Samuxda baş verən dəhşətli cinayətlə bağlı RƏSMİ MƏLUMAT
Samuxda baş verən qanlı cinayətlə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 16-da əvvə...