Bakıda biznesmenin intihar SƏBƏBİ bilindi
16
fev
2019
11:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunda iş adamı Hənifə Mustafayevin intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsi Ləhic bağlar massivindəki bağ evinin həyətində özünü asan 37 yaşlı biznesmenin xeyli borcunun olduğu məlum olub.Bildirilir ki, ailəsi ilə birgə şəhərdə yaşayan H.Mustafayev qapı-pəncərə biznesi ilə məşğul olub. Son vaxtlarda onun xeyli borcu toplanıb və pulu geri qaytarmaqda çətinlik çəkib. Ödəmələri həyata keçirə bilməyən iş adamı çıxış yolunu özünü öldürməkdə tapıb. O, Ləhicdəki bağına gələrək özünü həyətdən asıb. Qonşular H.Mustafayevin həyətində bir nəfərin xeyli müddət dayandığı yerdə hərəkətsiz qaldığını görərək şübhələniblər. həyətə daxil olan qonşular H.Mustafayevin özünü asdığını və cansız bədəninin görərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.Faktla bağlı araşdırmalar davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
37 yaşlı kişi özünü asdı
Hacıqabul rayonunda evlərin birində intihar hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, Kolanı kəndində yaşayan 1982-ci il təvəllüdlü Sahib Saməddin oğlu Rəsulov...