Bakıda avtobusda qadın sürücünü yumruqladı: "Kayfulla sür" (VİDEO)
19
mar
2018
13:15
Bakıda marşrut avtobusunda qadın sərnişin sürücünü döyüb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun “20 yanvar” stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb. Bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücüyə yumruqla zərbə endirib. Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar. 79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu ” şirkəti məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirib. BAKU.WS
Oxşar xəbərlər
134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib (FOTO)
Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bakı Nəq...