Bakıda ailə faciəsi - Tək övlad idi, 4 nəfərlə əlbəyaxa olub ürəyindən bıçaqlandı
Bakının Səbail rayonunun Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.
BAKU.WS report.az-a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Abdulrəhmanov Nail Natiq oğlu Xanlar küçəsində 4 nəfər tanışı ilə əlbəyaxa dava edib.
Nəticədə N.Abdulrəhmanov ürək nahiyəsindən 4 bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Səbail RPİ-dən verilən məlumata görə, ilkin olaraq 1 nəfər şübhəli şəxs (hələlik adı açıqlanmır) kimi saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, öldürülən şəxs ailənin tək övladı olub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda “Wi-Fi” üstündə kütləvi dava - Bıçaqlananlar var
Bakının Xəzər rayonunda "Wi-Fi" simsiz internet şəbəkəsi üstündə düşən kütləvi dava nəticəsində 2 nəfər bıçaqlanıb. BAKU.WS Report-a istinadən xəbər verir ki,...