Bakıda ailə dramı – Quda qudaya silah çəkdi
04
apr
2019
17:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 3-də saat 19.30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yeləşən kafelərin birində ailə münaqişəsi zəminində mübahisə yaranıb.Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını qayınatası, Vəli Nəbiyev kafeyə dəvət edib.Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.Binəqədi RPİ-də istintaq davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Binəqədidə insanları qorxuda saxlayan şəxs saxlanıldı – FOTO
Binəqədi rayonunda 4 mənzildən oğurluq edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata g...