Bakıda 60 yaşlı kişi küçədə arvadını öldürüb, sonra isə özünü bıçaqlayıb

Bakıda 60 yaşlı kişi küçədə arvadını öldürüb, sonra isə özünü bıçaqlayıb
Hadisə 1103

Bakıda qətl törədilib.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdü Ramiz Zöhrab oğlu İbrahimov yaşadığı binanın qarşısında arvadı, 1956-cı il təvəllüdlü Səmayə Süleyman qızı Camalovanı bıçaqlayaraq öldürüb. R. İbrahimov qətli törədəndən sonra intihar məqsədilə özünü bıçaqlayıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Qətlin motivi hələlik məlum deyil.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda kişi arvadını və qızını bıçaqlayıb evdən qaçdı

Bakıda kişi arvadını və qızını bıçaqlayıb evdən qaçdı

Bakıda kişi ailə münaqişəsi zəminində arvadını və qızını bıçaqlayıb. "Report"un xəbərinə görə, hadisə Pirallahı qəsəbəsi, Süleyman Rəhimov küçəsi 81 ünvanında...

2018 Hadisə 09:54 31 oktyabr 2016

Son xəbərlər