Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi – Qadın özünü üçüncü mərtəbədən atdı
11
sen
2018
10:56
Bakıda xoşagəlməz hadisə baş verib.BAKU.WS “media.az”a istinadən xəbər verir ki, qadın zorlanmaya məruz qalmamaq üçün özünü üçüncü mərtəbədən atıb.Verilən məlumata görə, hadisə 9 sentyabr saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atdı – Sağ qaldı
Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.1997...