Bakıda 14 yaşlı qız 11-ci mərtəbədən özünü atdı – mobil telefona görə
11
iyn
2018
09:37
Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.BAKU.WS "Report" agentliyinə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib.2004-cü il təvəllüdlü F.T. anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.Belə olduqda F.T. özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.T. avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.Yeni Yasamal yaşayış massivi...