Bakı sakini binanın girişində güllələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda silahlı insident olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib.
Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovü güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədi ilə öldürmək istəyib.
BAKU.WS
Oxşar xəbərlər
Gəncədə 2 nəfəri qətlə yetirib qaçan şəxs tutuldu
Gəncədə ər ondan boşanmaq istəməyən arvadını və qayınatasını öldürüb.Gəncə şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə avqustun 18-i saa...