Bakı-Qazax yolunda dəhşətli qəza - 8 min ziyan dəydi (FOTO)

Bakı-Qazax yolunda dəhşətli qəza - 8 min ziyan dəydi (FOTO)
Hadisə 1614

 

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində ağır yol qəzası baş verib.

BAKU.WS məlumat verir ki, bu haqda "Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli sosial şəbəkədə yazıb.

O bildirib ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

"Kamaz” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcındakı əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb. Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 8 min manata yaxın ziyan dəyib.

BAKU.WS

Oxşar xəbərlər

Yollardakı dəmir arakəsmələr sökülür

Yollardakı dəmir arakəsmələr sökülür

Paytaxtın bəzi ərazilərindəki yollarda dəmir arakəsmələr sökülür. Onlar beton plitələrlə əvəzlənəcək. BAKU.WS məlumat verir ki, bu barədə ANS PRESS-ə "Azəryols...

1177 Sosial 13:55 08 yanvar 2016

Son xəbərlər