Bakı Lift İdarəsinin rəisi DANIŞDI - “Porsche” olsaydı, özüm sürərdim də!"
Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib.
Q.Şükürov Publika.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalandır:
"Mən və ailəm haqqında yazılanların heç biri doğru deyil. Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi? Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O, qələt edib, yalan danışır. O, narkoman və şərəfsiz adamdır. Onu hamı yaxşı tanıyır. Deyir ki, guya "Porsche” hədiyyə etmişəm və sairə. "Porsche” olsaydı, elə özüm sürərdim də! Mənim heç bir maşınım da yoxdur. Hazırda gəzdiyim bir maşın var, onu da dövlət verib. İndi kim nə istəyirsə, ağlına gələni danışır. Keçmiş kürəkənim narkomandır, gic adamdır. Narkoman nə danışa bilər?”
Q.Şükürov MTN-nin sabiq idarə rəisi, hazırda məhkəməsi gedən Akif Çovdarovla qohumluq əlaqəsi barədə yayılan məlumatlara da cavab verib:
"Akif Çovdarovla da heç bir qohumluq əlaqəm yoxdur. Ümumiyyətlə, biz bir-birimizi tanımırıq. Biz ayrı-ayrı yerlərdənik. İndi kimsə durub ağzına gələni danışır. Bizə şər atırlar”.
İdarə rəisi keçmiş kürəkəni olan Elşən Əsgərlini məhkəməyə də verdiyini söyləyib: "Vaxtım yoxdur məhkəməyə verməyə. Ancaq artıq qızımgil həmin oğlanı məhkəməyə də veriblər”.
Xatırladaq ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova öz instaqram səhifəsindən paylaşdığı dəbdəbəli toyunu və həyat tərzini əks etdirən fotoları ilə məşhurlaşıb. Onun Oktay Əmircanovla olan ikinci evliliyi zamanı toyuna ümumilikdə 400 min dollar pul xərcləndiyi, yeni kürəkənə isə toyun səhəri 250 min manat dəyərində "Porşe” hədiyyə alındığı deyilir.
Yayılan digər məlumata görə isə Aysel Şükürova "Dəmirbank” ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğlu ilə ailə həyatı qurub.
Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkəni olduğu deyilir.
BAKU.WS
Oxşar xəbərlər
400 minlik toyu olan məmur qızı: "Qaynatam deyir ki, kaş sənin kimi arvadım olardı" (VİDEO)
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toy mərasiminə 400 min dollar xərc çəkilməsi barədə yayılan xəbərlər daha da alovlanm...