Bağçada tərbiyəçi ilə valideyn arasındakı davaya DİN-dən MÜNASİBƏT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Bakıda bağçada tərbiyəçi ilə valideyn arasında baş verən insidentə münasibət bildirib.
BAKU.WS-ə daxil olan məlumatda deyilir:
"Sosial şəbəkələrdə və bəzi saytlarda tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdarıq. Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb.
İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq".
*** 14:57
Bakıda uşaq evinin tərbiyəçisi ilə valideyn arasında əlbəyaxa dava qeydə alınıb.
BAKU.WS xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Rayon ərazisində yerləşən 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü G.Nağıyeva valideyn tərəfindən döyülüb. G.Nağıyevanın dediyinə görə, onu Günay adlı valideyn döyüb.
Zərərçəkən xəstəxanaya və polisə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? - AÇIQLAMA
Bakıda bağça müəlliməsi müdiri tərəfindən döyüldüyünü iddia edir. BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”ın redaksiyasına “White City Kindergarden” uşaq bağç...