Badamdarda boru partladı - Bəzi evləri və küçələri su basdı - YENİLƏNİB - VİDEO

Badamdarda boru partladı - Bəzi evləri və küçələri su basdı - YENİLƏNİB - VİDEO
Hadisə 336

Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində polietilen su borusunda qəza baş verib.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, məlumat daxil olduğu andan Səbail rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq dərhal su təchizatının dayandırılması işlərini həyata keçiriblər.

Hazırda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

***11:58

Bakının Badamdar qəsəbəsində bəzi evləri və küçələri su basıb.

Bu barədə şikayətlər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Şikayətçilərin sözlərinə görə, sözügedən hal Seymur Məmmədov küçəsində su borusunun partlaması nəticəsində qeydə alınıb:

"Borudan su fontan vururdu, evimə 20 santimetr su yığılmışdı. Vedrələrlə evi təmizləmişik. Hazırda "Azərsu"yun əməkdaşları suyun verilişini dayandırıblar. Ərazidə təmir işləri aparılır".

Hadisə yerindən görüntüləri təqdim edirik:

Son xəbərlər