Bacısının burnunu sındıran 65 yaşlı kişi həbs edildi
Lənkəranda 65 yaşlı kişi bacısının burnunu sındırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini, 1961-ci il təvəllüdlü Qadir Əsədov (soyadı şərtidir) uzun illər bacısı ilə birlikdə yaşasa da, 2021-ci ildə aralarında mübahisə yaranıb. Bu məqsədlə bacısı evi tərk edərək, başqa ünvanda yaşamağa başlayıb. 2025-ci ildə Qadir yenidən bacısını evinə çağırıb onunla birlikdə yaşamasını tapşırıb. Bacısı onun təklifini qəbul etsə də, bir müddət sonra onların arasında yenidən mübahisə baş verib və qadın evdən çıxaraq, qonşuluqdakı qadının evində yaşamağa başlayıb. Bundan əsəbiləşən Qadir qonşunun evinə gedərək, bacısının evdən çıxmasını tələb edib. Bu vaxt bacı-qardaş arasında dava yaranıb. Dava nəticəsində Qadir bacısının sifət nahiyəsinə yumruq və şillə zərbələri endirib. Hadisə nəticəsində qadının burnu sınıb və sifət nahiyəsindən xəsarətlər alıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Qadir Əsədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Q.Əsədov 3 ay azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki r...