AZTV-nin əməkdaşları qəzaya uğradı - 3 yaralı (ADLAR)
10
sen
2019
23:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Milli Məclisin binası qarşısında baş verib.Qəza zamanı AzTV-nin 3 əməkdaşı - 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahin oğlu, 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı və 1992-ci il təvəllüdlü Talıbova Səbinə Fərhad qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb. S.Cəfərzadəyə kəllə-beyin travması və təpə nahiyəsində əzilmiş-cırılmış yara, A.Əzizovaya və S.Talıbovaya döş qəfəsinin küt travması diaqnozları qoyulub. Məsələ ilə bağlı "Report"a açıqlama verən AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov hadisəni təsdiqləyib. Onun sözlərinə görə, AztTV-nin əməkdaşlarının vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır.
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu 30 yaşlı qadını vurub
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda olub.Belə ki, 30 yaşlı İsma...