Bakıda kişi 10 gün əvvəl evlənmək məqsədilə qaçırdığı xanımı ölümcül döydü

04
avq
2019
10:28
Bakıda kişi on gün əvvəl evlənmək məqsədilə qaçırdığı xanımı ölümcül döyüb.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.Belə ki, hələlik adı məlum olmayan şəxs 1999-cu il təvəllüdlü İbrahimova Suzanna Adil qızının baş nahiyəsinə yumruqla çoxsaylı zərbələr endirib. Aldığı zərbələrdən İ. Suzanna huşunu itirib.Zərərçəkən hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya gətirilib.Həkimlərin müayinəsindən sonra 20 yaşlı gənc xanıma qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürüldü
Bakıda 20 yaşlı gənc bıçaqlanıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 93 ünvanında baş verib.20 yaşlı gənc ür...
