Azərbaycanın tanınmış həkimi qəfil vəfat etdi: doğmaları şok içindədir - FOTO
03
sen
2018
12:32
Azərbaycanlı həkim Elxan İbrahimov vəfat edib.BAKU.WS xəbər verir ki, dünən anidən həkimin beyninə qan sızıb. Onu təcili yardımla xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyiblər. Tanınmış dietoloq Leyla Zülfüqarovanın BAKU.WS-ə verdiyi məlumata görə, mərhum övladlarının təhsili ilə bağlı qardaş ölkəyə köçmüşdü: "Elxan doktoru çox vaxtsız itirdik. Gözlənilməz xəbər bizi çox sarsıtdı. Doğmaları şok içindədir. Türkiyədə yaşayırdı, amma son zamanlar Bakıda da çox olurdu. Qeyd edək ki, Elxan İbrahimov müxtəlif vaxtlarda N. Tusi adına Klinikanın və Sağlam Ailə Tibb Mərkəzinin baş həkimi olub. Sonuncu iş yeri "İnter Diaqnostik Mərkəz" idi. Azərbaycanın sayılıb-seçilən uroloq-androloqu olan E.İbrahimov kişilərdə sonsuzluq probleminin həlli üzrə ad-san qazanmışdı.O, eyni zamanda iş adamı idi. İşgüzar fəaliyyəti Azərbaycan və Türkiyəni əhatə edirdi. Allah rəhmət etsin!Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda AİLƏ FACİƏSİ: Oğlunun dərdinə dözməyən idmançının ürəyi partladı - FOTO
Bu gün idmançı Cəhdi Ramil dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, Azərbaycan Kung Fu Federasiyasının məşqçisi 38 yaşında vəfat edib.Həkimlər idmançının ürək...