Azərbaycanın işğal altındakı ərazilərində yaşayan ermənilər tamamilə qazsız qalıb
28
avq
2018
17:43
Azərbaycanın işğal altındakı ərazilərində yaşayan ermənilər tamamilə qazsız qalıb.BAKU.WS xəbər verir ki, ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun Heyvalı kəndində qanunsuz istismar edilən dağ mədənində ötən gün baş vermiş güclü partlayış səbəbindən Ağdərə şəhəri və ətraf yaşayış məntəqələrinin qaz təminatı kommunikasiyalarına da ciddi ziyan dəyib. Nəticədə Ağdərə rayonu ərazisindəki bütün yaşayış məntəqələri və müəssisələr qazsız qalıb.Hətta hərbi hissələrin və hərbi tibb müəssisələrinin də qaz olmadığından təminatında problemlər yarandığı bildirilir.Hadisə yerinə gələn qondarma rejimin fövqəladə qurumlarının bildirdiyinə görə, qəzanın əsas səbəbi çəkilən boru xətlərinin standartlara cavab verməməsidir. Bərpa işlərinə ən azı 3-5 gün vaxt tələb olunduğu bildirilir.Xatırladaq ki, ermənilər tərəfindən qanunsuz istismar edilən Kəlbəcər rayonunun Heyvalı kəndindəki dağ mədənində ötən gün partlayış nəticəsində yanğın baş verib. Yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb. Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyə edildiyi bildirilir.Ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının qanunsuz kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.BAKU.WS
Oxşar xəbərlər
Ermənistan ordusu Azərbaycan ərazilərində təlimlərə başladı
Ötən gün mayın 14-dən etibarən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələri ilə birlikdə Azərbaycanın işğal al...