Azərbaycanlı zəvvarların avtobusu terrorun hədəfinə tuş gəlib – FOTO
Ötən gün İraqın Samirra şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan zəvvarlarının avtobusu da xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə İslamazeri.az-a zəvvarlardan biri danışıb.
O qeyd edib ki, hadisə zəvvarlar Samirrada ziyarətgahda olan zaman baş verib:
"Partlayış səsi eşidildi. Məlum oldu ki, partlayış zəvvar avtobuslarının olduğu dayanacaqda olub. Azərbaycanlı sürücülər xəsarət almayıb, amma avtobusun birinin şüşələri sınıb. Digər avtobuslardan (Azərbaycandan olmayan, əksəri İran avtobusları) partlayanlar da var. Deyilənə görə, 70-80 nəfər şəhid olub. Bizim zəvvar şirkətinin nümayəndəsinin biri yüngül yaralanıb”.
Oxşar xəbərlər
Şirvandakı partlayışda xəsarət alanlardan dördü evə buraxılıb
Müdafiə Sənayesi Nazirliyi Şirvan "Araz” zavodunda baş verən partlayışda xəsarət alanlarla bağlı rəsmi məlumat yayıb. BAKU.WS-in xəbərinə görə, məlumatda bildi...