Azərbaycanlı müğənni məhkəmə zalında həbs edildi - FOTO
27
fev
2019
08:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mətbuatda özünü tanınmış psixoloq, müğənni kimi təqdim edən Nurlan Bəyləroğlu Kərimovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.Hökmə əsasən, Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunan Nurlan Kərimov 2 il azadlıqdan məhrum edilib.Onun barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs olunub. Məhkum Şüvəlan istintaq təcridxanasına göndərilib.Qeyd edək ki, Elnur Nuriyev keçmiş arvadı Aygün Əmiraslanovanın şikayəti əsasında tutulub. O, illərdir uşaqlarına 16 min manatlıq aliment borcunu ödəməkdən yayınıb.Məhkəmə borcun ödənilməsi ilə bağlı qərar qəbul etsə də, Nurlan Kərimov məhkəmə qərarını icra etməkdən boyun qaçırıb.Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qərarına əsasən Nurlan Kərimov Aygün Əmiraslanovanın xeyrinə hər ay 416 manat aliment pulu ödəməli imiş.Aygün Əmiraslanova alimentin ödənilməməsinə etiraz olaraq 2016-cı ilin sentyabrında intihara cəhd etmişdi.Nurlan Kərimov psixoloq İlham Mirzəyevin dostu kimi də mətbuatda tanınıb.BAKU.WS

Oxşar xəbərlər
Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti...