Azərbaycanlı müəllim status yazdı, özünü asdı (FOTO)

Azərbaycanlı müəllim status yazdı, özünü asdı (FOTO)
Hadisə 10775

 

Quba rayonunda intihar hadisəsi baş verib.

BAKU.WS modern.az-a istinadən xəbər verir ki, rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb.

Bayramov Seyidov hadisədən öncə özünün feysbuk profilində intihar edəcəyi barədə statuslar yazıb. O, ölən ata və anasının şəklini paylaşaraq, "gözləyin, mən də sizin yanınza gəlirəm” yazıb.

Bayram Seyidov intihar etməzdən öncə bu statusları da feysbukda qeyd edib.

"İndi qarşılaşa bilmədik, o dünyada yəqin üz-üzə gələrik. Onda da diktə ilə danışacaqsız? Yazıqlar olsun. 585 dostdan ayrılmaq. Ancaq sizi ruhumda bağışlamayacaq. Gedirəm a dostlar, sözüm-söhbətim necə şirin-şirin dillərə qaldı".

APA-nın məlumatına görə, uzun müddət müəllim işləmiş B. Seyidov təqaüddə olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda gənc sevdiyi qızla evlənə bilmədiyi üçün intihar etdi

Azərbaycanda gənc sevdiyi qızla evlənə bilmədiyi üçün intihar etdi

Samux rayonunda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Samux rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə avqustun 12-də gecə saatların...

2376 Hadisə 15:57 12 avqust 2016

Son xəbərlər