Azərbaycanlı jurnalisti avtomobil vuraraq öldürüb
24
yan
2018
11:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.BAKU.WS xəbər verir ki, yaxınlarının “Report”a verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.Allah rəhmət eləsin!BAKU.WS
Oxşar xəbərlər
Moskvada azərbaycanlı jurnalist vəfat edib
Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib.Uzun sürən xəstəlikdən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında Moskvada dünyasını dəyişib.Mərhum yanvarı...