Azərbaycanlı iş adamı taksidə 10 min dollarını unutdu - VİDEO
11
okt
2018
15:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəyə səfər edən 40 yaşlı azərbaycanlı iş adamı Tahir Məmmədov taksidə külli miqdarda pulunu unudub.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarədən enən Məmmədov İstanbulda UBER sistemi ilə taksi çağırıb və aeroportdan Yenibosnaya gedib.O, taksidən düşərkən pencəyini orada unudub.42 yaşlı taksi sürcüsü Yakup Bayıroğlu başqa bir sifariş üçün yoluna davam edərkən təsadüfən arxa oturacaqda pencəyin olduğunu görür. Pencəyin cibində 10 min dollar olduğunu görən sürücü, sərnişinin sifariş verdiyi nömrəsinə zəng edərək pencəyini unutduğunu deyib.Sürücü iş adamı ilə Yenibosnadakı restoranda görüşüb, pencəyi və pulu ona təslim edib.40 yaşlı iş adamı bu əməlinə görə taksi sürücüsünə təşəkkür edib.
Oxşar xəbərlər
Moskvada azərbaycanlı taksi sürücüsü 46 yaşlı müştərini zorladı
Moskvada azərbaycanlı taksi sürücüsü, sentyabrın 22-i səhər saatlarında gecə klubundan evə dönərkən maşında yuxulayan 46 yaşlı qadını zorlayıb. BAKU.WS Rusiya m...