Azərbaycanlı gənc Türkiyədə xəstəxanaya getdi, ortalıq qarışdı (FOTO)

Azərbaycanlı gənc Türkiyədə xəstəxanaya getdi, ortalıq qarışdı (FOTO)
Hadisə 1744

 

Türkiyənin Bursa şəhərində qəribə hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, dövlət xəstəxanasına gələn azərbaycanlı gənc ayağındakı problem səbəbi ilə rentgenə göndərilib. Burada oğlan şalvarı çıxarmayıb və ayağını rentgenə salıb. Nəticədə gəncin taxdığı metal kəmərin görüntüsü də rentgendə əks olunub.

Kəmərdəki tapanca, qumbara və güllə naxışları bomba zənn edən həkimlər təcili vəziyyəti polisə bildirib. Xəstəxanada qısa müddətli çaxnaşma yaşanıb. Polislərin araşdırmasından sonra gerçək ortaya çıxıb və azərbaycanlı gənc sərbəst buraxılıb.

Şahin Həbibov

BAKU.WS

Azərbaycanlı gənc Türkiyədə xəstəxanaya getdi, ortalıq qarışdı (FOTO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər