Gənc anadan inanılmaz cinayət: doğduğu uşağı torbaya qoydu və...

Gənc anadan inanılmaz cinayət: doğduğu uşağı torbaya qoydu və...
Hadisə 2182

Türkiyənin Şanlıurfa şəhərində B.G. (20 yaş) adlı gənc bir qız narahat olduğunu söyləyərək xəstəxanaya müraciət edib. Həkimlər qanaması olan gənc qızın xəstəxanadan kənarda doğum etdiyindən şübhələnərək polisə məlumat verib. 

BAKU.WS-in məlumatına görə, hadisə yerinə gedən polislər gənc qızı istintaqa cəlb edib. Yusufpaşa məhəlləsində yaşayan bacısı H.K.-nin evində doğum etdiyini söyləyən B.G. körpəni doğduqdan sonra paketə qoyub ağzını da bağladıqdan sonra meşəyə atdığını etiraf edib.

B.G.-nin verdiyi ünvana gedən polislər meşədə dəhşətli görüntü ilə qarşılaşıb. Qara paketi açan polislər içində körpənin cansız bədəniylə qarşılaşıb. Polislərin araşdırmasından sonra körpənin cəsədi Şanlıurfa Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. Hadisənin üstü açıldıqdan sonra ana saxlanılıb. 

Nazim Babayev

BAKU.WS

Son xəbərlər