Ankaranı qana bulayan qızın atası danışdı: "Cənazəsini də qəbul etmirəm"
Ankarada 37 insanın ölümünə səbəb olan terror aktının təşkilatçılarından biri olan Seher Çağla Demirin atası ilk dəfə danışıb.
BAKU.WS-in məlumatına görə, Tekirdağda yaşayan ata qızı ilə bağlı açıqlamalar verib. Adının açıqlanmasını istəməyən kişi qızı ilə 2013-cü ildən bu yana heç görüşmədiyini söyləyib:
"Səhər universitetə gedən tək uşağam. Polislər gəldi, xəstəxanaya getdik və DNT testi etdilər. Qızım belə bir hadisəyə qarışıbsa, cənazəsini də qəbul etmirəm".
Gənc qızın atası polisə verdiyi ifadəsində 2012-ci ildən bəri qızından bir daha xəbər ala bilmədiyini söyləyib. Yaşlı kişi qızının itkin düşdüyü barədə polisə müraciət edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ankaradakı qanlı terroru törədən qızın 3 il əvvəlki şok videosu
Ankaranın Kızılay meydanında baş verən qanlı terror hadisəsində canlı bomba olduğu iddia edilən Seher Çağla Demirin bir neçə il öncəki videosu ortaya çıxıb. B...