Azərbaycanlı aparıcıya hücum etdilər
27
dek
2017
11:01
Bakıda teleaparıcı və aktrisa Könül Yusifqızına qarşı hücüm olub. Aktrisa bu barədə BAKU.WS-ə məlumatında bildirib. Aparıcı qonşusu Rafi adında şəxsdən şikayətçidir.“Çox böyük stress yaşamışam. Toya getdiyim yerdə qonşum hücüm etdi mənə. Səbəb isə odur ki, maşınımı guya onun yerində saxlamışam. Binanın xüsusi dayanacağı yoxdur, kim harda gəldi maşını saxlayır. Yəni heç nədən məni təhqir etməyə başladı. Maşında da 8 yaşlı uşağım oturmuşdu. Uşağımın yanında başladı qışqırmağa, söyüş söyməyə, qapını açıb uşağıma əl-qol atdı. Bizi küçə söyüşləri ilə təhqir etməyə başladı. Mənim "şuba"mı əl-qol ataraq cırdı”, - deyə aparıcı bildirib. Aktrisa əlavə edib ki, hadisə zamanı 102-yə zəng edib. K.Yüsifqızı Xətai rayon 36-cı polis bölməsində izahat yazıb. Hadisə ilə bağlı araşdırma aparılır.TuncayBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı aktrisa sevdiyi şəxsdən danışdı: “Qısqancdır, amma..."
Gənc aktrisa Ləman Novruzova şəxsi həyatı haqda etiraflar edib.BAKU.WS-in məlumatına görə, aktrisa Milli.Az-a açıqlamasında sevdiyi şəxsdən danışıb."Etiraf edim...