Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu, işdən qovuldu

Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu, işdən qovuldu
Hadisə 2935
Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov vəzifəsindən azad edilib. Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Belə ki, DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə Dövlət Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb. DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.BAKU.WS

Oxşar xəbərlər

Dövlət Gömrük Komitəsində 2 məmur işdən qovuldu – Rüşvətə görə

Dövlət Gömrük Komitəsində 2 məmur işdən qovuldu – Rüşvətə görə

Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi rüşvət aldıqlarına görə işdən azad olunublar.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, iyul ayında Tovuz Gömrük Id...

7315 Hadisə 16:02 07 avqust 2018

Son xəbərlər