Azərbaycanda yanğın hadisələrində 83 nəfər ölüb

Azərbaycanda yanğın hadisələrində 83 nəfər ölüb
Hadisə 717
2018-ci ildə Azərbaycanda 2210 yanğın hadisəsi qeydə alınıb ki, bu da 2017-ci ilin göstəricisindən 4,0 faiz çoxdur.BAKU.WS-in məlumatına görə, yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onlardan 13 uşaq) həlak olub, 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15,8 milyon manat məbləğində maddi ziyan vurulub.Hesabat dövründə qeydə alınmış yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı), 244-ü odvurma (yandırma) yolu ilə əmlakın məhv edilməsi (korlanması), insan sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i isə digər səbəblər nəticəsində baş verib.Ötən il ərzində qeydə alınmış yanğınların 70,7 faizi yaşayış, 5,8 faizi sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2,2 faizi istehsal obyektlərində, 0,5 faizi anbar və bazalarda, qalanları isə digər obyektlərdə baş verib.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sürücülərə yazılan cərimələrin məbləği AÇIQLANDI - Söhbət milyonlardan gedir

Sürücülərə yazılan cərimələrin məbləği AÇIQLANDI - Söhbət milyonlardan gedir

2018-ci il ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olub.BAKU.WS Trend-ə ist...

1317 Sosial 21:05 07 fevral 2019

Son xəbərlər