Azərbaycanda ər arvadını döyərək öldürdü- TƏFƏRRÜAT (VİDEO)

Azərbaycanda ər arvadını döyərək öldürdü- TƏFƏRRÜAT (VİDEO)
Video
Hadisə 1468

Zeynal Çobanov həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib Balakən rayonunda törədilmiş qətllə bağlı cinayət işinin istintaqı davam etdirilir.

BAKU.WS ARB TV-yəistinadən xəbər verir ki, əri tərəfindən qətlə yetirilmiş Kainat Çobanovanın baldızı Əşayə Somarova onların ailəsində problemlərin olduğunu təsdiq edib.

Hadisə barədə danışan Ə.Somarova deyib: "Mən evdə olmamışam. Söz-söhbət hamımızın arasında da olurdu. Elə bir şeylər olmuşdu. Ən çox istədiyimiz gəlinimiz idi. Sakit, yaxşı xasiyyətli biri idi. Heç vaxt xətrimizə dəymirdi”.

Hadisəni tərədən Zeynal Çobanov həbs edilib. Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib. Hadisə rayonun Poçtbinə kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü, Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub.

Balakən rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kainat Çobanovanın əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib. Həyata keçirilən tədbirlər nəticəsində Zeynal Çobanov şübhəli şəxs qismində saxlanılıb.

Əlavə edək ki, onların 5 övladı var.

BAKU.WS

Son xəbərlər