Azərbaycanda qardaş bacısının başını telefonda danışmaq üstündə kəsib
Sabirabadın Qalağayın kəndində baş verən qətl hadisəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Əldə etdiyimiz məlumata görə, kənd sakini, 1990-cı il təvəllüdlü Famil Əlirza oğlu İbişov bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını telefonla danışdığı üçün kəsib.
F.İbişov hadisəni törətdikdən sonra paltarını dəyişib, könüllü şəkildə rayon polis idarəsinə gedərək, təslim olub. Hadisə baş verən zaman evdə qardaşla bacısı tək olublar.
Məlumatda o da bildirilir ki, F.İbişov bir neçə il öncə həmyerlisi olan digər bir şəxslə də əlbəyaxa olub və ona küt alətlə xəsarət yetirib.
Qətlə yetirilən H.İbişovanın bir neçə il bundan öncə ailəsindən ayrıldığı da bildirilir.
Qeyd edək ki, bəhs etdiyimiz hadisə bu ilin 1 mart tarixində baş verib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
musavat.com
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qardaş bacısının başını kəsdi
Sabirabad rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Qalağayın kəndində qeydə alınıb. BAKU.WS xəbər verir ki, kənd bələdiyyəsindən anspress-ə verilən mə...