Azərbaycanda qadın müğənni qəzaya düşüb öldü (VİDEO)
12
mar
2019
08:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.BAKU.WS-in ONA-ya istinadla məlumatına görə, Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı “Kia” markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerində keçinib.Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş.Məlumata görə, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs xidməti maşını ilə qəza etdi - ağır yaralandı
Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi yol qəzasında ağır yaralanıb."Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Novxanı qəsəbəsində b...