Azərbaycanda müəllimin videosu yayıldı - DİN-dən rəsmi məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Lerik şəhər sakini bağça müəllimini şərləmək istəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 12-də Lerik şəhər sakini Sənay Nəhmətova RPŞ-yə müraciət edərək işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırılmasını, bununla əlaqədar noyabrın 11-də sonuncu şəxs tərəfindən sosial şəbəkəyə videogörüntü yerləşdirildiyini bildirib.
Lerik RPŞ tərəfindən aparılmış araşdırmalar zamanı Xədicənin 2015-ci ilin sentyabr ayında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, qonşuları Eldəniz Quliyevin isə cari il noyabrın 11-də Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini vəd etməklə S.Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial şəbəkəyə yerləşdirməsi müəyyən edilib.
Araşdırma aparılır.
İlyas Quliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda son bir günün faciəsi: ölü və yaralılar var - Rəsmi açıqlama
Azərbaycanda bir gündə altı nəfəri maşın vurub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 13...