Azərbaycanda müharibə iştirakçısı qonşusu tərəfindən bıçaqlandı

Cəlilabadda II qrup əlil - müharibə iştirakçısı bıçaqlanıb.
BAKU.WS-in məlumatına görə, hadisə rayonun Qurtuluş küçəsində baş verib. 21 yaşlı Məhəmmədəli Kərimliyə qonşusu Səid Əliyev tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Zərərçəkənin sözlərinə görə, Səid Əliyev onun yaşadığı evə gələrək onu bayıra çağırıb. Tərəflər mübahisə etdikdən sonra Səid üzərindəki bıçaqla Məhəmmədəliyə 7 bıçaq zərbəsi yetirib. Yaralı şəxs qonşuları tərəfindən xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Zərərçəkənin atası Süleyman Kərimov hadisəni törədən Səid Əliyevin artıq polis tərəfindən saxlanıldığını bildirib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
ŞOK: 6 yaşlı qız uşağını bir keçiyə görə 55 yaşlı kişiyə ərə verdilər
Əfqanıstanda 6 yaşlı qız uşağı 55 yaşlı kişi ilə zorla evləndirilib. BAKU.WS xəbər verir ki, Qaribqol adlı qızın atası onu 55 yaşlı Səid Abdullaha keçi, düy...
