Azərbaycanda "Milli ön" aparatı oğurlandı
Salyan rayonunda oğurluq olub.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər kənd sakini Aman Mirzağa oğlu Feyzullayevə məxsus ərzaq mağazasına daxil olublar. Mağaza sahibinin sözlərinə görə, mağazada heç nəyə toxunmadan yalnız oradakı "Milli ön" ödəmə sistemləri aparatını götürərək aradan çıxıblar.
Bu barədə Salyan Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 17 yaşlı oğlan bacısını ürəyindən bıçaqladı
Salyan rayonunda qətl hadisəsi baş verib. "Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb....