Azərbaycanda imkanlı şəxs icra başçısının müavini olmaq üçün 170 min dollar rüşvət verdi

Azərbaycanda imkanlı şəxs icra başçısının müavini olmaq üçün 170 min dollar rüşvət verdi
Hadisə 1558

 

Azərbaycanda böyük səs-küy yaradacaq çox ilginc məhkəmə işi başlayır. 

BAKU.WS xəbər verir ki, Modern.az saytının məlumatına görə, bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov verib. Vəkil bildirib ki, icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb 170 min dollarını alıblar.

"Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçmışdır”, - deyə vəkil Adəm Məmmədov bildirib.

Lakin vəkil konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda vəkil vəkili məhkəməyə verib 1 manat tələb edir

Azərbaycanda vəkil vəkili məhkəməyə verib 1 manat tələb edir

Vəkil Adəm Məmmədov həmkarı Elçin Sadıqovu məhkəməyə verib. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə A.Məmmədov özü məlumat verib. Vəkil bildirib ki, məhkəm...

2181 Sosial 18:49 13 fevral 2016

Son xəbərlər