Azərbaycanda görünməmiş HADİSƏ - Oğru 49 min dolları sahibinə qaytardı - VİDEO
12
fev
2019
23:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib.Rayonun Qullar kənd sakini Sabir Telliyev rayon polis şöbəsinə müraciət edərək yanvarın 25-də evindən 49 min dollar və qızıl zinət əşyalarının oğurlandığını bildirib. Ancaq 13 gun sonra maraqlı bir hadisə yaşanıb. Fevralın 7-də axşam saatlarında Sabir Telliyevin evinin pəncərəsindən içəri torba atılıb.Evə atılan torbanın içərisində oğurlanan pullar və bir məktub olub. Məktubda yazılanlar isə eşidənləri heyrətləndirir. Belə ki, məktubda oğru öz əməlindən peşman olduğunu çox səmimi şəkildə etiraf edib.Oğrunun peşman olub pulları geri qaytarması hadisəni eşidənlərin böyük marağına səbəb olub. Balakən rayon polis şöbəsində isə pulları oğurlayan şəxs və ya şəxslərin müəyyən olunması üçün əməliyyat-axtarışlarını davam etdirir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda gənc xəstəxana işçisi küçədə qəfildən ölüb
Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb.BAKU.WS-in Report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəs...