Azərbaycanda dilsiz uşaq doğulub - dad bilmir, danışmır, yeyə bilmir (VİDEO)
11
fev
2018
10:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulan Ayxan İmanov anadangəlmə dilsizdir.1yaş 4 aylıq olan uşağın dili olmadığı üçün ağzındakı hissiyatları da yoxdur. Bu da onun qidalanmasında problemlərə yol açır. Valideynlərinin sözlərinə görə, Ayxanın müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmayıb. Uşaq daha çox duru yeməklərlə və əmzik vasitəsi ilə qidalanır. Dili olmadığından danışa bilməyən Ayxan istəklərini ancaq əl-qol hərəkətləri vasitəsi ilə başa sala bilir. Həkimlər isə bu halın çox nadir anomaliya olduğunu bildirirlər. Həkimlər bildirirlər ki, əgər bu problemə vaxtında müdaxilə olunmazsa, belə uşaqlarda daha çox ağciyərlə bağlı bir sıra ciddi problemlər ortaya çıxacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 2 uşaq anası yuxu gördü, sonra evdən qaçdı - VİDEO
İki övladı olan gəlin keçən ilin noyabrından yoxa çıxıb.Yaxınları gəlindən xəbər ala bilmir. Hadisə Qusar rayonunun Qullar kəndində baş verib. Kənd sakini 29 ya...