Azərbaycanda DƏHŞƏT: vəhşi heyvanlar evə soxulub kişini yatağında parça-parça etdi
20
dek
2018
11:03
Dekabrın 19-da Daşkəsən rayonunun Almalı kəndində evdən kişi meyiti tapılıb.BAKU.WS “publika.az-a istinadən xəbər verir ki, kəndin kənarında, meşəlik ərazidə yerləşən və ən yaxın qonşusu ilə 200 metr məsafəsi olan evdən 1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlunun meyiti aşkarlanıb.Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, çarpayıda uzanıqlı vəziyyətdə olan şəxsin baş nahiyəsi döşəməyə tərəf sallanmış vəziyyətdə qalıb və vəhşi heyvanlar onun bədənini, xüsusi ilə baş və boyun nahiyəsini parçalayıblar.Evdən vəhşi heyvanların izləri də aşkarlanıb.Kənd sakinləri bildiriblər ki, meyiti tapılan şəxs uzun müddətdir ki, tənha yaşayırmış və mənzil şəraiti çox ağır olub. Evin qapı-pəncərəsi, elektriki və sair olmayıb.Həmçinin ölən şəxs 2-ci qrup əlil, eləcə də epilepsiya xəstəsi olub. Onun meyitinin öldükdən sonra heyvanlar tərəfindən parçalandığı ehtimal edilir.Faktla bağlı araşdırmalar davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda faciə - küçədə soyuqdan öldü
Bakıda küçədə ölüm hadisəsi baş verib.BAKU.WS publika.az-a istinadla xəbər verir ki, Səbail rayonu Bayıl qəsəbəsi Salyan şosesi 32 ünvanının qarşısından naməlum...