Azərbaycanda dəhşət: kişi övladlarına ağır xəsarət yetirib, arvadını və özünü öldürüb
24
iyl
2017
11:02
Bərdə rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
BAKU.WS reporta istinadən xəbər verir ki, hadisə rayonun Hacalı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürüb. Daha sonra iki övladına ağır xəsarət yetirən S.Əliyev özünü də öldürüb.
Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda naməlum şəxslər qoca kişini yaşadığı mənzildə döydü
Bakıda ahıl kişi yaşadığı evdə küt alətlə döyülüb. BAKU.WS-in report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Hövsan qəsəb...