Azərbaycanda çoban və arvadı döyüldü, xəstəxanalıq oldu (FOTO)
10
okt
2017
14:30
Şamaxı rayonunda kütləvi dava zamanı ər-arvad döyülüb."Report" Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Çarhan kəndində qeydə alınıb.Belə ki, kənd sakini Qulam Səftərovla xırdabuynuzlu mal-qaranı kəndin ərazisində ortaran rayonun Şəhriyar qəsəbəsinin sakini Mehman Osmanov arasında mübahisə yaranıb. Səbəb isə həmin kəndin ərazisində başqa qəsəbə va ya kəndlərin sakinlərinə məxsus mal-qaranın otarılmasına kənd sakinlərinin qarşı çıxması olub. Buna görə də Çarhan kəndinin sakinləri orada heyvanları otaran çoban, rayonun Şəhriyar kənd sakini M.Osmanovdan mal-qaranı kəndin otlaq sahəsindən uzaqlaşdırmağı tələb ediblər. Daha sonra mübahisəyə qoşulan Çarhan kəndinin üç nəfər sakini çobanın yaşadığı evə hücum edərək onu və həyat yoldaşını döyüblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan ər-arvad qonşular tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Fakt Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Toyda kütləvi dava - 40 yaşlı kişi döyülərək xəstəxanalıq oldu
Tovuz rayonunda toyda kütləvi dava olub.BAKU.WS Trend-ə istinadən məlumat verir ki, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil ol...