Azərbaycanda bankın filial müdirinin qətlinin şok videosu yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il aprelin 21-də "Avropa" otelində "Zaminbank"ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirilməsinə səbəb olan hadisənin videosunu yayımlamışdıq. "Qafqazinfo” bu dəfə qətlin baş verməsi anının görüntülərini əldə edib.
Qətldə təqsirləndirilənlərdən biri, Mövlud Səfərovun vəkili Cavid Rzazadə açıqlamasında bildirib ki, videoda olan görüntülər hadisənin necə baş verməsini əks etdirir və hüquqlarını müdafiə etdiyim Mövlud Səfərovun təqsirsizliyi, Sənan Quliyevin isə məhz özünü müdafiə həddini aşmaqla Azər Məmmədova ölümcül xəsarət yetirdiyi, habelə qəsdən adam öldürmə cinayətinin törədilmədiyi açıq aşkar görünür:
"Mövlud Səfərovun barəsində ittiham hökmü çıxsa da, həmin hökmdən apellyasiya şikayəti verilib. Müdafiə tərəfi Azərbaycanda ədalətli və vicdanlı məhkəmə araşdırmasının aparılacağına və nəhayətdə bəraət hökmünün qəbul ediləcəyinə inanır. Videonun cəmiyyətdə izlənməsi ictimai fikri formalaşdıracaq və məhz bu sübut müdafiə tərəfinə böyük ümidlər verir”.
Qeyd edək ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası martın 29-da keçiriləcək. Onu da əlavə edək ki, videonun üzərindəki qeydlər vəkilə məxsusdur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda Facebook şərhinə görə tanışına 18 bıçaq zərbəsi vuran gəncə 5 il iş kəsdilər
Bakı Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən1998-ci il təvəllüdlü Şahmarov Rövşən Elşad oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şi...