Azərbaycanda ağır qəza - 3 nəfər ölüb, 4-ü yaralanıb - VİDEO
17
dek
2018
15:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.Bu barədə BAKU.WS FHN-ə istinadən xəbər verir.Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat başa çatıb.BAKU.WS
Oxşar xəbərlər
Gəncədə 2 "Mercedes” toqquşdu
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nət...