Azərbaycanda 6 yaşlı uşağa 2 fərqli diaqnoz qoyuldu: ailə çaş-baş vəziyyətdə (VİDEO)
17
fev
2018
09:30
Həkim səhlənkarlığı və qoyulan yanlış diaqnozlar haqqında daha əvvəl də sizə süjetlər təqdim etmişik. Sıradakı xəbərimiz də bu haqdadır. Sumqayıtda 6 yaşlı uşağa özəl klinikada bir diaqnoz qoyulub, Bakıdakı dövlət xəstəxanasında isə başqa diaqnoz. İndi ailə çaş-baş vəziyyətdə qalıb. Valideynlər uşağı hansı diaqnoz əsasında müalicə etdirəcəklərini bilmirlər. 6 yaşlı uşağa iki xəstəxana fərqli diaqnoz qoyub. İlkin diaqnozdan ailə psixoloji sarsıntı keçirib. Hadisə Sumqayıtda baş verib. Səbinə Rüstəmli oğlu İsmayılın dərisində problem yarandığına görə özəl klinikalardan birinə müraciət edib. Valideynə bildirilib ki, təcili olaraq qaraciyəri yoxlanılmalıdır. Biokimyəvi analizlərdən sonra qaraciyər fermentinin miqdarı 356 kimi göstərilib. Halbuki bu göstərici uşaqlarda 35 olmalıdır. Yalnız hepatit və sirroz kimi dəhşətli viruslar zamanı bu göstərici qalxa bilər. Analizin nəticəsi isə o anlama gəlir ki, İsmayıl qaraciyər şoku keçirir. Təxminən 3 həftə sonra uşaq heç bir müalicə kursu keçmədən bu dəfə Bakıda dövlət xəstəxanalarının birində yenidən analiz verib. Nəticələr valideynlərin təəccübünə səbəb olub. Valideynlər daha sonra ilkin analizin verildiyi Sumqayıtdakı klinikaya müraciət ediblər. Bu dəfə onlara başqa xəstəliyin simptomlarından danışıblar. Uşağa 3 fərqli diaqnoz qoyulduğundan indi ailə hansı xəstəlik üzrə müalicə aparmalı olduqlarını bilmirlər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "XəzərXəbər”ə bildirilib ki, analizlər mütləq yenidən yoxlanılmalıdır. Əgər həkim səhvi sübut edilərsə, o zaman sözügedən klinika və həkim haqqında tədbirlər görüləcək. BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsi ilə bağlı yekun rəyi AÇIQLANIB
Sumqayıtda 5 yaşlı qızın quduzluq xəstəliyindən ölümü ilə bağlı Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarı açıqlanıb. BAKU.WS-in məlumatın agörə, Səhi...