Azərbaycanda 6 nəfəri öldürən Türkiyə vətəndaşından YENİ XƏBƏR
24
iyl
2018
13:45
Ağstafa rayonunda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən avtoqəzada təqsirli bilinən sürücünün məhkəməsi başa çatıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 7 il əvvəl Ağstafa rayonunda baş vermiş ağır avtoqəzada təqsirli bilinən, Türkiyə vətəndaşı, 1984-cü il təvəllüdlü Yazıçı Yakup Zulkif oğlunun məhkəməsi başa çatıb. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunan Yazıçı Yakup Zulkif oğlu 10 il 6 ay azadlıqdan məhrum edilib. Eyni zamanda məhkəmədə cəzası başa çatdıqdan sonra 4 il nəqliyyat vasitələrini idarə edə bilməz qərarı da verilib.Qeyd edək ki, 30 noyabr 2011-ci il tarixdə saat 23:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağstafa rayonu ərazisindən keçən 450-ci km-də 1967-ci il təvəllüdlü Ağstafa rayonunun Qırlı kənd sakini Aslanov Xaliq İmamverdi oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “VAZ-21011” markalı, 35-BB-417 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yazıçı Yakup Zulkif oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, TR 08 K 6439 dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili toqquşub. Qəza nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü və sərnişinlər, 2004-cü il təvəllüdlü Aslanov Emin Xaliq oğlu, 2000-ci il təvəllüdlü Aslanova Mətanət Xaliq qızı, 2009-cu il təvəllüdlü Aslanov Teymur Turqay oğlu, 1929-cu il təvəllüdlü Aslanova Güllüzar Ələs qızı, 1958-ci il təvəllüdlü Aslanova Elza Papoy qızı hadisə yerində ölüblər, 1980-ci il təvəllüdlü Aslanova Xatirə Fəxrəddin qızı və 1986-cı il təvəllüdlü Aslanova Aynurə Nemət qızı isə xəsarət alıb.Hadisədən sonra, Yazıçı Yakup istintaq orqanından qaçıb gizləndiyi üçün həmin dövrdə onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb. Azərbaycan tərəfindən 2015-ci ildə Yazıçı Yakupun barəsində İnterpol vasitəsi ilə axtarış verilib və 2017-ci il ölkə hüdudlarından kənarda həbs olunaraq Azərbaycana gətirilib və məhkəməyə təhvil verilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda arvadını və qaynanasını öldürən şəxsə AĞIR CƏZA
Göygöl rayonunda arvadını və onun anasını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsind...