Azərbaycanda 16 yaşlı qız özünü ov tüfəngilə vurdu

Azərbaycanda 16 yaşlı qız özünü ov tüfəngilə vurdu
Hadisə 973
 

Neftçala rayonu Bayat kəndi yaxınlığındakı fermalardan birində 16 yaşlı Aytac Qasımova intihar edib.

BAKU.WS-in Publika.az-a istinadən verdiyi məlumata görə, qız səhər saat 10 radələrində intihar edib.

Valideynləri həyətdə oturub çay içərkən birdən evdən güllə səsi eşidib və evə girəndə qızın ov tüfəngi ilə özünü öldürdüyünü görüblər. Tüfəng ailənin deyil, Aytacın atasının çoban işlədiyi fermanın sahibinin olub.

Aytacın özündən başqa 3 qardaşı olub. Sakinlərin sözlərinə görə, ailə problemli olmayıb. Qızın da ailəsi ilə narazılığı olmayıb.

A.Qasımovanın ailəsi əslən Lerik rayonundandır. Atası müxtəlif rayon və kəndlərdə çobanlıq edib ailəsini saxlayırmış.  Aytac və qardaşları heç vaxt məktəbdə oxumayıb.

Hazırda faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi açılıb.

BAKU.WS

Oxşar xəbərlər

Ərinin banka borcu olduğunu bilən gəlin özünü asdı

Ərinin banka borcu olduğunu bilən gəlin özünü asdı

Salyanda 25 yaşlı gəlin özünü öldürüb. Rayonun Qaraçala kənd sakini, 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq intihar edib. BAKU.WS-in...

3178 Hadisə 17:07 08 mart 2016

Son xəbərlər