Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirilir (VİDEO)
11
okt
2017
15:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda istifadə edilmiş plastik şüşələr və alüminium qutular artıq bir tullantı deyil, əlavə gəlir mənbəyidir.BAKU.WS-in məlumatına görə, əlavə gəliri çox asan üsulla əldə edə biləcəksiniz. Sadəcə istifadə edilmiş konteynerləri tullantı qutularına deyil, "Fandomat"lara daxil edəcəksiniz və maliyyə bonuslarından yaralancaqsınız. Layihənin əsas hissələrindən biri olan "Fandomat"lar necə çalışır?Boş plastik şüşə və ya alüminum qutu fandomata daxil edilir, skaner vasitəsi ilə barkod oxunur, çəki və ölçü tanındıqdan sonra fandomat taranı qəbul edir. Tara qəbul olunduqdan sonra müştəri alacağı bonus növünü seçir: 1. Bağış - təslim edilmiş konteynerlər əvəzinə müxtəlif xeyriyyə fondlarına bağış vermək imkanı 2. Vauçer - təslim edilmiş konteynerlər əvəzinə supermarketlərdə alış veriş etmək üçün xüsusi çek 3. Danışıq dəqiqələri - təslim edilmiş konteynerlər əvəzinə danışıq dəqiqələri ŞahinBAKU.WS
Oxşar xəbərlər
Həyat İDEAL hədiyyələrlə gözəldir!
İdeal ailə, ideal təhsil, ideal iş - ideal yaşam tərzi hamının arzusudur. Ömrünün sonunadək idealları üğrunda çalışan insanlar ideal nəsə əldə etməyə, ya da id...