Azərbaycan yeni hərbi təyyarələr alıb

Azərbaycan yeni hərbi təyyarələr alıb
Hadisə 1152
 

Azərbaycan Ukrayna ilə 10 ədəd "An-178” hərbi nəqliyyat təyyarələrinin alışına dair razılığa gəlib. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Müqavilə Ukraynanın "Antonov” dövlət şirkəti ilə imzalanıb.

İlkin ödənişi edilən təyyarələr 2 il ərzində iki mərhələdə Azərbaycana göndərilməsi planlaşdırılır. 

Birinci mərhələdə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Danışıqlar təxminən bir il davam edib.

Təyyarənin ilk uçuşu 2015-ci ildə həyata keçirib. 

Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda "An-12" təyyarəsinin əvəzi kimi tanınır. 

2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın "Aleniya” C-27j, ABŞ-ın "Lockheed Martin” C-130j, Braziliyanın "Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.

2015-ci ildə Səudiyyə Ərəbistanı  "Antonov” təyyarəsindən 30 ədəd sifariş edib.    

Bundan əvvəl Azərbaycan Rusiyanın "Rusiya helikopterləri” holdinqindən 6 hərbi-nəqliyyat "Mi 17B-1" helikopteri alıb. Holdinq həmçinin  Mi-172, Mi-35, Mi-8 AMTŞ və digər helikopterləri istismara verib. Rusiya şirkətinin istehsal etdiyi helikopterlərdən İraq və Suriyada İŞİD-ə qarşı istifadə edib. 

BAKU.WS

Son xəbərlər